RU

"Sizdən daha ağıllıyam" - Tramp

ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsində jurnalistlərlə söhbəti zamanı koqnitiv testdən əla nəticə ilə keçdiyini açıqlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bunun fonunda Tramp media nümayəndələrinə onların koqnitiv testdən keçə bilməyəcəyini deyib.

“Mən koqnitiv testdən möhtəşəm nəticə ilə keçdim. Qiymətim əladır. Siz bacarmazdınız. Siz də, siz də”, - deyə Tramp jurnalistlərə müraciət edib.

Avqustun 5-də "The Guardian" Trampın ictimai çıxışlarının onun koqnitiv qabiliyyətlərində zəifləmə əlamətləri göstərdiyini yazmışdı. Nəşrin iddiasına görə, ABŞ prezidenti çıxışlarında tez-tez fikrini yayındırır, mövzudan-mövzuya keçir və ardıcıl nitq qurmaqda çətinlik çəkir.

Gülayə Mecid 

Избранный
65
10
unikal.az

10Источники