RU

Braziliyada zooparkda faciə: Aslan gənc oğlanı parçalayıb

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Braziliya zooparklarının birində dişi aslan 19 yaşlı oğlanı parçalayıb.Demokrat.az xəbər verir ki, bu barədə məlumatı yerli G1 xəbər portalı yayıb.Məlumata görə, faciə Braziliyanın şimal-şərqindəki Juan-Pessoa şəhərində baş verib. Yerli sakin altımetrlik hasardan aşaraq vəhşi heyvanın olduğu yerə girib.Gənc braziliyalı aldığı xəsarətlərdən dünyasını dəyişib.Ölən adamın şəxsiyyəti müəyyən edilib. Onun psixi pozğunluqdan əziyyət çəkdiyi bildirilir. Şəhər rəhbərliyi həlak olanın ailəsinə və yaxınlarına başsağlığı verib.Zoopark hüquq-mühafizə orqanları araşdırmanı başa çatdırana qədər bağlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
demokrat.az

1Источники