Ajans.az RFI-ə istinadən xəbər verir ki, satış "Osenat" hərrac evində baş tutub. Tablonun başlanğıc qiyməti 500 min avro, qiymətləndirilən dəyəri isə 1–2 milyon avro arasında olub. Alıcının adı açıqlanmayıb. Təxminən 1620–1625-ci illərdə çəkilmiş əsərdə qaranlıq səma fonunda xaçda İsa Məsih təsvir olunub. Arxa planda Qolqofa görünür və buludların üzərində işıqlanmış Yerusəlim mənzərəsi açılır. Rəssamın əsəri 2024-cü ildə Parisin VI rayonundakı Monparnas yaxınlığında yerləşən və Lüksemburq bağının yaxınlığındakı bir mənzilin satışı üçün hazırlıq işləri aparılarkən aşkarlanıb. Əsər tapıldıqdan sonra aparılan ekspertiza 105,5 x 72,5 sm ölçülü palıd lövhəyə çəkilmiş əsərin orijinal olduğunu təsdiqləyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта