19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyuna çıxacaq.
QOL.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Kukus” stadionunda keçiriləcək qrupun son görüşü Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Qarşılaşmanı Maltadan olan baş hakim idarə edəcək.
1 dekabr
15:00. Azərbaycan (U-19, Qadınlar) - Gürcüstan (U-19, Qadınlar)
Baş hakim: Yoanna Vassallo (Malta)
“Kukus” stadionu, Strumitsa