RU

İstifadə Müddəti Keçmiş Dərmanlar Toplanacaq

İstifadə

Manisada istifadə müddəti bitmiş dərmanlarla bağlı nümunəvi tətbiq: Ətraf mühitə zərər vermədən toplanacaq.Manisa Böyükşəhər Bələdiyyəsi, Manisa Əczaçılar Palatası ilə birlikdə ekoloji baxımdan mühüm bir layihəyə start verir. Şəhər üzrə bütün apteklərdə toplanacaq istifadə müddəti bitmiş dərmanlar Böyükşəhər Bələdiyyəsinin koordinatorluğu ilə akkreditə olunmuş laboratoriyalarda məhv ediləcək. Əczaçıların əlində qalan dərmanlar üçün də eyni üsul tətbiq olunacaq. Nümunəvi layihəyə 1 dekabr tarixindən start veriləcək.Ulusum.az xəbər verir ki, (İGFA) – Manisa Böyükşəhər Bələdiyyəsi, istifadə müddəti keçmiş dərmanların ətraf mühitə və insan sağlamlığına zərər verməməsi üçün vacib bir layihəni həyata keçirir. Manisa Əczaçılar Palatasının sədri, mütəxəssis əczaçı Duyğu Elmas Mutlu qeyd edib ki, artıq dərmanlar insan və ətraf mühit sağlamlığı üçün ciddi risk yaradır: “Artıq dərmanlar düzgün şəkildə toplanmayıb, düzgün şəkildə məhv edilmədiyi halda həm ətraf mühitə, həm də ictimai sağlamlığa böyük risk yarada bilir. Bu baxımdan, xüsusilə xəstələrimizin evlərində istifadə müddəti keçmiş, pozulmuş və ya artıq istifadə etmədikləri dərmanları toplamaq üçün gözəl bir layihəyə başlamışıq.1 DEKABRDA TOPLANMAYA BAŞLAYIRIQİstifadə müddəti bitmiş dərmanların yaratdığı təhlükəni yaxşı bildiyini deyən Manisa Böyükşəhər Bələdiyyə Başçısı Besim Dutlulu bu problemin həllinə yönəlmiş əhəmiyyətli bir layihəyə başladıqlaırını bildirdi. R.Daşdəmirova

Diqqət Çəkənlər

İki Nömrəli Avtobus Problemi Yenidən Gündəmdə

İstifadə Müddəti Keçmiş Dərmanlar Toplanacaq

Избранный
20
ulusum.az

1Источники