RU

"Qarabağ"ın rəqibinin oyunu yarımçıq qaldı - SƏBƏB

Niderland çempionatının 14-cü turunun “Ayaks” – “Qroningen” matçı yarımçıq dayandırılıb. 

Fanat.Az xəbər verir ki, buna azarkeşlərinin tribunalarda pirotexnikadan istifadə etməsi səbəb olub. 

Bu barədə yerli futbol assosiyasının mətbuat xidməti məlumat yayıb. Oyun yeddinci dəqiqədə dayandırılıb, daha sonra birdəfəlik ləğv edilib. 

Federasiyanın açıqlaması belə olub: "Belə durumda oyunçuların və meydandan kənarda öz işini görməli olan heç kəsin təhlükəsizliyi təmin edilə bilməz. Azarkeşlərinin böyük əksəriyyətinin məyusluğunu tam başa düşürük. Bunu edənlər matçı izləməyə gəlmirlər, əlbəttə ki, bu işin nəticələri ilə üzləşirlər. 450 avro cərimə və 18 aydan 60 aya qədər qadağa olacaq. Lakin ən çox bu, öz klubunu həqiqətən dəstəkləyənlər, əsl azarkeşlər üçün kədərlidir”. 

Niderland Futbol Assosiasiyası matçın dekabrın 2-də azarkeşsiz keçiriləcəyini bildirib. 

Xatırladaq ki, paytaxt klubu bütün yarışlarda keçirdiyi son beş matçda qalib gələ bilməyib, bunların dördündə məğlub olub. "Qarabağ"In Çempionlar Liqasındakı rəqibi hazırda ölkə çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb. 

Избранный
138
fanat.az

1Источники