RU

Türkiyədə restoranlarda servis haqqı ləğv edildi

Türkiyədə restoranlarda servis haqqı ləğv edilir.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi restoran, kafe və digər iaşə müəssisələrinin müştərilərdən məcburi şəkildə servis, masa haqqı və ya başqa ad altında ödəniş tələb etməsinin qarşısını almaq üçün yeni qaydalar hazırlayır.

Hazırda müəssisələr menyuda göstərdikləri halda əlavə servis haqqı tələb edə bilirdilər. Yeni dəyişiklikdən sonra bu hal tamamilə dayandırılacaq.

Bununla da müştərilər yalnız yedikləri və içdikləri məhsulların pulunu ödəyəcək. İaşə obyektləri menyularda servis və masa haqqı ilə bağlı heç bir qeyd yerləşdirə bilməyəcək. Yeganə əlavə ödəniş yalnız müştərinin öz istəyinə bağlı olan bəxşiş ola bilər.

 

Yeni qaydalar həm də qiymətlərin şəffaflığını artıracaq. Menyularda yalnız məhsulların qiymətləri göstəriləcək və bu, müştərilərə obyektlər arasında daha rahat müqayisə aparmağa imkan verəcək.

Beləliklə, həm istehlakçıların aldadılmasının qarşısı alınacaq, həm də rəqabət mühiti güclənəcək.

Избранный
22
day.az

1Источники