RU

Tanınmış təhsil ekspert yeni vəzifəyə seçildi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsində sədr seçkisi keçirilib.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, tanınmış təhsil eksperti Kamran Əsədov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin yeni sədri seçilib. 

Məlumatı saytımıza açıqlamasında Kamran Əsədovun özü də təsdiqləyib. O bildirib ki, yeni vəzifəyə noyabrın 27-də seçilib, noyabrın 28-dən isə fəaliyyətə başlayıb,

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinə 17 məktəb, 3 lisey, 1 gimnaziya, 1 kompleks, 1 mərkəz, 1 təhsil muzeyi, 1 peşə təhsil agentliyi, 1 internat, 1 peşə, 1 xüsusi əyani-qiyabi məktəbi və 27 uşaq bağçası və körpələr evi ilk həmkarlar ittifaqı komitələri olmaqla ümumilikdə 55 üzv təşkilat daxildir.

Qeyd edək ki, Kamran Əsədov həm də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışır.

Избранный
9
7
ucnoqta.az

8Источники