RU

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibinin matçı yarımçıq dayandırılıb

Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Niderland çempionatının XIV turunda keçirilən "Ayaks" - "Qroningen" matçı yarımçıq dayandırılıb.

Hafta.az xəbər verir ki, buna azarkeşlərin “Amsterdam Arena”da təşkil edilən matçda meydana fişəng və digər alışqan maddələr atması səbəb olub.

Baş hakim 13-cü dəqiqədə matçı dayandırıb. Qarşılaşma dekabrın 2-də azarkeşsiz baş tutacaq.

Qeyd edək ki, "Ayaks" "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu bu komandanı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Избранный
103
4
hafta.az

6Источники