RU

Azərbaycanda İİV infeksiyası ilə yaşayan 11 mindən çox insan var


Azərbaycanda 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək İİV infeksiyası ilə (insanın immun çatışmazlığı virusu) yaşayan 11 min 260 nəfər Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır. Səhiyyə Nazirliyindən verilən məlumatda deyilir ki, onlardan 70%-i kişilər, 30%-i isə qadınlardır:
"Ümumilikdə, Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. İİV-ə yoluxmaya yüksək meylli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir".

Xatırladaq ki, 1988-ci ildən etibarən hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir.

Mətləb

Избранный
20
17
baki-xeber.com

10Источники