RU

Bu ilin 11 ayı ərzində İİV-ə yoluxan Azərbaycan vətəndaşlarının sayı məlum olub

2025-ci ilin noyabr ayının sonuna kimi İİV-ə yeni yoluxma hallarının sayı 1130 nəfər olub.

Olaylar.az xəbər verir ki, bu fikirləri bu gün QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfransda çıxışı zamanı deyib.

O bildirib ki, xəstəliyə yoluxan şəxslərin 1109 nəfəri (98,0%) Azərbaycan vətəndaşları olmuşdur.

"İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 74,3%-i kişilər, 25,7%-i qadınlar olub.

Qeyd edilən dövr ərzində 71 nəfər QİÇS mərhələsinə keçmiş, 20 nəfər isə İİV-infeksiyasından dünyasını dəyişib",-deyə mərkəz direktoru əlavə edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
1
1
olaylar.az

2Источники