RU

Cənub-Şərqi Asiyada daşqınlar 800-dən çox insanın ölümünə səbəb olub - FOTO

Cənub-Şərqi Asiyada leysan yağışlar səbəbindən baş verən daşqınlar nəticəsində 800-dən çox insanın ölüb.

APA xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Məlumata görə, Şri-Lankada “Ditva” siklonu nəticəsində ölənlərin sayı 212 nəfərə yüksəlib, 218 nəfər isə itkin düşmüş hesab olunur. Təxminən 200 min sakin evlərini tərk edərək sığınacaqlara yerləşdirilib. Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 24 minə yaxın polis, ordu və hava qüvvələri əməkdaşı cəlb edilib.

Bildirilir ki, İndoneziya, Malayziya və Tailandda da leysan yağışlar daşqın və torpaq sürüşmələrinə yol açıb, nəticədə həlak olanların sayı 600-ü keçib. İndoneziyada 435, Tailandda 170 nəfər ölüb, Malayziyada isə üç ölüm halı qeydə alınıb. Hakimiyyət orqanları bildirir ki, axtarış-xilasetmə işləri hələ davam etdiyi üçün bu rəqəmlər arta bilər.

Rəsmi məlumatlara görə, fəlakətdən 4 milyondan çox insan zərər çəkib: onların təxminən 3 milyonu Tailandın cənubunda, 1,1 milyonu isə İndoneziyanın qərbindədir.

Cənub-Şərqi Cənub-Şərqi Cənub-Şərqi Cənub-Şərqi
Избранный
8
apa.az

1Источники