RU

Turist qayalıqda şəkil çəkərkən uçurumdan yıxılaraq ölüb

Bir turist Argentinada bir çimərlikdə şəkil çəkərkən uçurumdan 25 metr yıxılıb. Bu barədə The Daily Mail məlumat verib.

Hadisə Mar del Platadakı Barranca de los Lobos sahil xəttində baş verib. 33 yaşlı jurnalist Letisiya Lembi mənzərəli yeri köhnə uçurumun zirvəsindən görüntüləmək qərarına gəlib. O, tarazlığını itirərək sahil qayalarına yıxılıb.

Hadisə yerinə gələn təcili yardım xidmətləri Lembinin ağır xəsarətlər aldığını və sağ qalmadığını təsdiqləyib. Onun cəsədi uçurumun dibindən çıxarılıb. Yerli sakinlər uzun müddətdir ki, uçuruma aparan platforma və pilləkənlərin xarabalığından şikayət edirlər. Lakin platforma hələ də ictimaiyyət üçün açıqdır.

Əziz MUSTAFA

.

Избранный
26
1
oxumeni.az

2Источники