RU

İİV diaqnostikası ekspress testlərlə əlçatan olacaq - Səhiyyə rəsmisi

QİÇS sahəsində gözlənilən ən böyük yenilik ondan ibarət olacaq ki, onun diaqnostikası davamlı, ucuz və ekspress testlərlə mümkün olacaq.

Day.Az xəbər verir ki, bunu bu gün Bakıda Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfransı çərçivəsində Səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, artıq bu məsələ gündəmdədir:

"Düşünürəm ki, digər bir çox infeksion xəstəliklərdə olduğu kimi, ekspress testlərlə cəmi 15 dəqiqəyə nəticə almaq mümkündürsə, İİV diaqnostikasında da bu, əlçatan olacaq. Bu, mühüm nailiyyətdir. İkinci nailiyyət isə ondan ibarətdir ki, QİÇS-in müalicəsində istifadə olunan dərmanların əks təsirləri daha da azalacaq. Bu dərmanları davamlı qəbul edən şəxslərdə müalicə prosesi daha yüngül keçəcək", - deyə o bildirib.

O əlavə edib ki, QİÇS üçün ya tam sağalma ilə nəticələnən müalicə üsulu tapılacaq və tətbiq olunacaq, ya da xəstəlik üçün effektiv peyvənd hazırlanacaq. Bu da xəstəliyə son qoymağa imkan verəcək. Hazırda bu istiqamətdə işlər davam edir.

Избранный
9
3
day.az

5Источники