RU

Azərbaycan məktəblərində kompüter və internet təminatı problemi yoxdur - Nazir müavini

Bakı. Trend:

Azərbaycan məktəblərində kompüter və internet təminatı ilə bağlıproblem yoxdur.

Bunu Trend-əaçıqlamasında Elm və Təhsil Nazirliyinin müavini Həsən Həsənli bugün Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin qaliblərininmükafatlandırılması mərasimində bildirib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi ali təhsilmüəssisələrində İT sahəsi üzrə ixtisasların artırılmasına xüsusidiqqət yetirir:

“Ölkəmizin aparıcı universitetlərində bu ixtisasa artıq böyükmaraq var. Gələcəkdə həmin mütəxəssislər iqtisadiyyatımızıngüclənməsinə xidmət edəcək. Bu sahənin inkişafı Azərbaycanıniqtisadi-coğrafi məkanda öz sözünü deməsinə gətirib çıxaracaq.

2000-2022-ci illər strategiyasına əsasən çox sayda məktəbinternet və kompüterlə təmin edilib. Bu gün Azərbaycanməktəblərində kompüter və internetlə bağlı problem yoxdur.Müəllimlərin işə qəbul və sertifikasiya imtahanları zamanı buinkişaf etmiş şəbəkə bizə böyük kömək edir”.

Избранный
14
1
az.trend.az

2Источники