RU

Bu xəstəliklərin diaqnostikası da icbari tibbi sığortaya daxildir

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Onkohematoloji xəstəliklər – qan, limfa və onlara yaxın toxumalarda yaranan bədxassəli şişlərdir (məsələn, leykemiya, limfoma, çoxsaylı mieloma və s.). Bu xəstəliklər mənşəyinə, yayılma tezliyinə və gedişinə (xroniki və ya kəskin) görə fərqlənir. İlk simptomları bir çox digər xəstəliklərdə də müşahidə olunan halsızlıq, ümumi zəiflik, səbəbsiz qızdırma, gecə tərləmələri və s. ola bilər. Erkən diaqnostika və vaxtında tibbi müdaxilə xəstəliyin gedişatında həyati əhəmiyyət daşıyır. 

“Qafqazinfo” xəbər verir ki, bu qrup xəstəliklərin diaqnostikası icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb.

Xidmətlər Zərfi çərçivəsində pasiyentlərə ilkin mərhələdə hematoloq və ya onkoloq tərəfindən müayinə aparılır, zəruri laborator və instrumental-diaqnostik müayinələr icra edilir.

Diaqnostika prosesinə qanın ümumi və biokimyəvi analizi, koaquloqramma (laxtalanma), eləcə də qanın morfoloji analizi daxildir. Bundan əlavə, sümük iliyi biopsiyası, immunofenotipləmə, sitogenetik və molekulyar testlər vasitəsilə xəstəliyin növü və mərhələsi müəyyənləşdirilir. Leykemiya və limfoma üçün periferik qan, sümük iliyi və bədən mayesindən aparılan panellər, eləcə də digər laborator müayinələr Xidmətlər Zərfinə daxildir və bu xəstəliklərin diaqnostikası üçün vacib sayılır.İnstrumental-diaqnostik müayinələrdən daha çox ultrasəs, rentgen, kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT) istifadə olunur.

Müasir laborator və görüntüləmə üsulları sayəsində xəstəliklər erkən mərhələdə aşkarlanır və müalicə prosesi daha dəqiq müəyyən edilir. Bu müayinələr nəticəsində əldə edilən məlumatlar həkimlərə xəstəliyin gedişatını izləməyə, orqanizmdə yaranan dəyişiklikləri vaxtında müəyyənləşdirməyə və düzgün müalicə taktikasını seçməyə imkan verir. 

Sözügedən tibbi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) icra olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
8
qafqazinfo.az

9Источники