RU

Həsən Həsənli: “600 min şagirdə rəqəmsal bacarıqlar tədris olunur”

ain.az, Bizim media portalına istinadən məlumat verir.

“Son 3 gündür müşahidə edirəm ki, Hakaton çərçivəsində bazara startap layihələri hazırlanıb".  Bizim.Media xəbər verir ki, bu sözləri "Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin final mərhələsində Elm və təhsil nazirinin müavini Həsən Həsənli qeyd edib. "Bu gün məktəblərin kompüter laboratoriyalarında şagirdlərimiz öz layihələrini hazırlayırlar. Kompüterlə yanaşı, məktəblər internetlə də təchiz olunub".Həsən Həsənli vurğulayıb ki, artıq məktəblərdə rəqəmsal bacarıqlar tədris olunur:"Bu gün 600 min şagirdə rəqəmsal bacarıqları tədris edirik. 300 mindən çox şagird "Steam" təhsilinə cəlb olunur. Gələcəkdə həmin şagirdlərin əmək bazarında qabiliyyətləri daha yüksək olacaq. Artıq Azərbaycan məktəbində şagirdlər öz ideyalarını reallaşdırmağa başlayıblar. Həqiqətən bu, böyük inam, komanda ilə işləmək, öyrəndiklərini real həyatda tətbiq etməyi tələb edir". Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
bizim.media

2Источники