RU

Qış aylarında infeksiya riski artır: Bu qidalar immuniteti gücləndirir

Qış mövsümündə soyuq hava və qapalı məkanlarda uzun müddət qalmaq infeksiya riskini artırır.


Pravda.az bildirir ki, mütəxəssislər immun sistemini güclü saxlamaq üçün düzgün qidalanmanın vacib olduğunu qeyd edirlər.


Qışda immuniteti dəstəkləyən əsas qidaları təqdim edirik:


Gündə bir ovuc çərəz
E vitamini, çinko və sağlam yağlarla zəngin olan qoz, badam və fındıq immuniteti gücləndirir. Xüsusilə cevizdəki alfa-linolenik asit antiviral təsir göstərir.


Hər gün bir diş sarımsaq
Sarımsaqdakı allicin güclü antibakterial və antiviral təsirə malikdir. Çiğ və ya əzilərək yeməklərə əlavə edildikdə soyuğa qarşı qoruyur.


Şorbalara sümük suyu
Kollagen və immuniteti dəstəkləyən amin turşuları ilə zəngin sümük suyu bağırsaq sağlamlığını gücləndirir. Gündə bir kepçə kifayətdir.
 

Sarıkök–istiot birləşməsi
Zerdeçal tək istifadə olunduqda az sorulur, istiotla birlikdə təsiri 10 dəfə artır. Güclü anti-iltihabi təsir göstərir.
 

C vitamini mənbələri vacibdir
Portağal, kivi, mandarin və çiyələk kimi meyvələr immuniteti gücləndirir və xəstəlik müddətini qısaldır.


Həftədə iki dəfə balıq
Somon, skumbriya və sardinadakı omega-3 yağları iltihabı azaldır və immunitet hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.


Probiyotik qidalar
Kefir və qatıq bağırsaq florasını dəstəkləyərək xəstəliklərə qarşı güclü qoruma yaradır.


Cəfəri və limon
Cəfəridəki C vitamini və klorofil bədəni təmizləyir və müqaviməti artırır. Limonla birlikdə təsiri daha güclüdür.


Gündə 1,5 litr su
Su lenf axınını dəstəkləyir, toksinlərin atılmasına kömək edir və immuniteti zəiflədən quruluğun qarşısını alır.


Gündə bir yumurta
A, D vitamini və keyfiyyətli proteinlə zəngin yumurta immun hüceyrələrinin yaranması üçün vacibdir.


Əminə Bayramova 

Tarix: 1 Dekabr 2025, 14:04   
Избранный
6
pravda.az

1Источники