RU

Yaqut Qarayeva:Tibb işçiləri və həkimlər arasında İİV/QİÇ-lə bağlı ciddi maarifləndirməyə ehtiyac var

Bakı, 1 dekabr, AZƏRTAC

İİV-in diaqnostikası və aşkarlanmasında problemlər var idi. Düşünürəm ki, illər keçdikcə həm nümunələrin alınması və sonra onların daşınması istiqamətində müsbət nəticələr əldə etdik. Ən böyük problem stiqma və diskriminasiyadır. Müalicə istiqamətində biz hələ də bu problemləri yaşayırıq.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Y.Qarayeva bildirib ki, stiqma və diskriminasiya ilə mübarizədə maariflənmənin rolu çox böyükdür: "Maarifləndirmə dedikdə daha çox əhalini nəzərdə tuturuq. Əsas məsələ odur ki, tibb müəssisələrində tibb işçiləri, hətta həkimlər arasında İİV/QİÇS-lə bağlı ciddi maarifləndirməyə ehtiyac var. Bu istiqamətdə QİÇS-lə Mübarizə Mərkəzi ilə əməkdaşlıq edirik.

Biz TƏBİB olaraq tibb müəssisələrində infeksion nəzarətin qurulması istiqamətində son beş il ərzində çox böyük işlər görmüşük. İnfeksion nəzarət sisteminin qurulması təkcə İİV deyil digər infeksion xəstəliklərin də yayılmasının qarşısının alınmasında çox böyük bir sistemdir", - deyə Y.Qarayeva bildirib.

Избранный
30
azertag.az

1Источники