Niderland hökuməti Ukraynaya hava hücumundan müdafiə vasitələri və F-16 qırıcı təyyarələri üçün sursat təmin etmək məqsədilə əlavə 250 mln. avro vəsait ayıracaq. Bu vəsait ABŞ-nin və NATO-nun Prioritized Ukraine Requirements List (PURL) təşəbbüsü vasitəsilə yönləndiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, Ukraynaya əlavə hərbi yardımın təmin olunması zəruridir.
Xatırladaq ki, bundan əvvəl İspaniya Ukraynaya 817 mln. avro həcmində yardım ayıracağını açıqlamışdı.
Nuriyyə NATİQQIZI