RU

Susuruq, susuruq, ağ eləyirlər və bu şəkildə açıqlamalar eləməyə məcbur oluruq!

Adelet.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Beynəlxalq indeksli (Web of Science və Scopus) jurnallarda məqalə çap elətdirmək istəyənlərə sadə və hər bir kəsin anlayacağı şəkildə açıqlamalar:

1. MƏSLƏHƏT OLUNUR: On-line səhfələrindən bütün məqalələri pulsuz endirib oxumaq mümkün olan jurnallar. Bu jurnallara bəzən PULSUZ "Open Access" ( Açıq daxilolma) jurnallar da deyirlər, hətta web səhfələrində bu jurnallar qeyd yazırlar ki, jurnalımız pulsuz açıq daxiloma jurnalıdır;

2. MƏSLƏHƏT OLUNUR: Hibrid jurnallar, bunlarda məqalələrin əksəriyyəti pulsuz çap olunur və onlara abunəliyi olan qurumlardan və kitabxanalardan pulsuz oxumaq olur. Amma alternativ olaraq bu hybrid jurnalarda az sayda müəllifin istəyinə bağlı olaraq pullu "Open Access" variantı ilə də çap olunmaq var (əgər müəllif elmi işini dünyaya kitabxanara ehtiyac duymadan həmən açmaq istəyirsə). Hybrid jurnallar variantını əsasən Springer, Elsevier, World Scientific və s. kimi məşhur şirkətlərin nəşriyyatları tətbiq edir;

3. MƏSLƏHƏT DEYİL: Tam pullu "Open Access" olan jurnallar. Bu jurnallar bütün məqalələri pul ilə çap edirlər. Bu jurnalar hüquqi olaraq öz işlərini dəqiq qururlar, səhfəlirində yazırlar ki, biz məqalələri pul ilə çap edirik. Bu pulu müəllif, ya da onun sponsor təşkilatı ödəyir. Belə jurnallar səhfələrində məqalələrin çapında "Article Processing Charge" yazaraq, vergilərini ödəyirlər, hüqui olaraq özlərini təmizə çixarırlar. Belə jurnallarda yüksək səviyyəli məqalələrə rast gəlmək qeyri- mümkündür. Burada çap olunan müəlifin məqsədi indeksli jurnala düşməkdir;

4. MƏSLƏHƏT DEYIL: Bu jurnallar web səhfələrində "Article Processing Charge" (Məqalə çap olunma prosesi qiyməti) yazmayır, amma müəlliflərdən məqalə üçün qeyri-leqal şəkildə pul tələb edir, yəni hüquqi şərtlərə əməl etmir. Bu çox təhlükəlidir. Bu jurnallardan da yüksək keyfiyyətli məqalə gözləmək qeyri- mümkündür. Burada müəllifin məqsədi ancaq indeksli jurnala düşməkdir.

P.S. 3-cü və 4-cü bənddəki jurnallar ümumiyyətlə fake (bəziləri buna yırtıcı deyir) jurnallar deyil, amma olmaq "potensialları" var, misallar mövcuddur.

Arif Səlimov

Əməkdar elm xadimi,

Fizika-riyaziyyat elmləri doktoru, professor,

BDU-nun "Cəbr və həndəsə" kafedrasının müdiri

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
adalet.az

2Источники