RU

Rusiyada BMW və “Mercedes” satışları yarıbayarı artdı: sanksiya işləmir?

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada 2025-ci ilin 11 ayı ərzində 2344 ədəd BMW və 1258 ədəd “Mercedes” satılıb. Bu da ötən illə müqayisədə müvafiq olaraq 44 faiz və 45 faiz çoxdur. 

Avtosfer.az xəbər verir ki, statistikanı Avtostat yayıb. Söhbət dəyəri 100 min dollardan çox olan premium modellərdən gedir. 

Bu yerdə maraqlı sual ortaya çıxır: Ukraynada müharibə başlayandan Avropa şirkətləri Rusiyanı tərk edib, anbar ehtiyatları isə 3 il əvvəl tükənib. Elə isə bu satışlar hansı yolla artır?

Cavab sadədir: dayanmayan antiqərb ritorika, təbliğat ruslarda Avropa və Yaponiya istehsalı olan texnikaya marağı azaltmayıb. Fərq burdadır ki, əvvəllər Almaniyadan və Gündoğar ölkədən birbaşa idxal edilən maşınlar indi üçüncü ölkələr vasitəsilə alınır. Bu da qiymət artımına və servislə bağlı problemlərə səbəb olur.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
avtosfer.az

2Источники