RU

Allah gerçəkdən mövcuddur: Fransa riyaziyyatçıları sübutları sadaladı... ARAŞDIRMA

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Elm Tanrının müttəfiqidir": Alimlər “Böyük partlayış”da, DNT-də və Eynşteynin nisbilik nəzəriyyəsində Yaradanın dəlillərini tapırlar...”

“Qədim dövrlərdən bəri insanlar Tanrının həqiqətən mövcud olub-olmadığı sualı ilə maraqlanırlar. Ənənəvi olaraq, elm ilahi bir yaradıcının varlığına qarşı bir əks-arqument olub. Lakin fransız riyaziyyatçıları Olivyer Bonnassi və Mişel-İv Bollor indi elmin Tanrının müttəfiqi olduğunu söyləyirlər.”

Moderator.az "The Daily Mail" nəşrinin bu mövzuda araşdırma yazısını təqdim edir.

Yeni kitablarında onlar Tanrının gerçəkliyini sübut edə biləcək elmi kəşfləri müəyyən etmək üçün 62 Nobel mükafatı laureatının və 100-dən çox aparıcı alimin fikirlərini toplayıblar. Buraya kainatın mənşəyinin ən geniş qəbul edilən izahı olan Böyük Partlayışdan tutmuş DNT-yə və insan genomuna qədər hər şey daxildir.

"Bu yaxınlara qədər Tanrıya inam elmə uyğun gəlməyən kimi görünürdü. İndi isə gözlənilmədən elm Tanrının müttəfiqi kimi təqdim edilir ", - deyə müəlliflər bildirir.

Nəticə etibarilə, elmin Allahın varlığını təkzib edib-etməməsi və ya dəstəkləməsi təfsir üçün açıq qalır, lakin bu elmi kəşflər dünyamızın təsadüfdən daha çox düşünülmüş dizaynın nəticəsi olması ehtimalına maraqlı bir baxış təqdim edir.

"Böyük partlayış"...

Böyük partlayış kainatın mənşəyi üçün ən geniş qəbul edilən izahdır və kainatın təxminən 14 milyard il əvvəl tək bir nöqtədən yarandığını irəli sürür.

Nəzəriyyəyə görə, maddə və enerji, eləcə də məkan və zaman birdən-birə, daha çox göz qırpımı kimi bir anda yaradılıb.

Mərhum professor Stiven Hokinq də daxil olmaqla bir çox alim, "Böyük partlayış"ın arxasında ilahi bir yaradıcının olması fikrini təkzib edib. Lakin xristian olan müəlliflərə görə, belə bir hərəkət onu tetikleye bilen daha yüksək varlığın olduğunu göstərir.

"Böyük Partlayış bizi küncə sıxışdırır. Açıq desək, bizi Tanrının varlığı ideyası ilə üz-üzə qoyur", - Bonnassi və Bollore kitablarında yazırlar.

Zaman, məkan və maddə kateqoriyaları sadəcə tətbiq olunmadığı üçün "Böyük partlayış"dan əvvəlki zamanı həqiqətən təsəvvür edə bilməməyimiz yaradıcı bir hərəkət ideyasını dəstəkləyir.

"Əgər "Böyük partlayış"dan əvvəl riyazi məlumat mövcud idisə, bu kodun arxasındakı inanılmaz "proqramçı" kimdir?", - deyə riyaziyyatçılar qeyd edirlər.

Dəqiq tənzimlənmiş kainat...

Yer üzündə həyat yalnız düzgün temperatur, planetimizin qoruyucu maqnit sahəsi və atmosferdəki oksigen kimi amillərin dəqiq çulğalaşması sayəsində mövcuddur.

Digər həyati parametrlərə Yer kürəsinin fırlanma oxunun ideal əyilməsi və bizi Günəşin ölümcül radiasiyasından qoruyan ozon təbəqəsinin qalınlığı daxildir.

Daha geniş şəkildə desək, kainatdakı hər şey güclü qüvvə, zəif qüvvə və elektromaqnit qüvvəsi kimi fundamental qüvvələr tərəfindən idarə olunur.

Tədqiqatçılar qeyd edirlər ki, bu sabitlər alman fiziki Albert Eynşteyn kimi ən yaxşı elm adamları tərəfindən hesablanmış bir sıra ədədləri və ya dəyərləri təmsil edir.

"Ya bu incə tənzimlənmiş ədədlər az ehtimal olunan bir təsadüfün  nəticəsidir, ya da yüksək ağıllı yaradıcı Tanrının mürəkkəb hesablamalarından qaynaqlanır. Bu ədədlərin bəziləri üçün tək bir onluq nöqtəsinin çox kiçik bir sapması belə tanınmaz bir kainatla nəticələnərdi və biz bu barədə danışmaq üçün burada olmazdıq", - deyə Bolloré və Bonnassi bildirirlər.

İncə tənzimlənmiş kainat hipotezi kimi tanınan bu düşüncə məktəbi göylərdə hər şeyə qadir bir yaradıcı obrazını canlandırır. Bu görüntü təxəyyül sıçrayışı ola bilsə də, kainatın "məqsədsiz bir təsadüf" olduğuna dair alternativ inanc mükəmməl kalibrlənmiş ədədlərlə daha az dəstəklənir.

DNT və insan genomu...

Alimlərə görə, nəzəri olaraq, Yer kürəsi bu gün malik olduğu inanılmaz dərəcədə müxtəlif bitki və heyvan çeşidi olmadan da mövcud ola bilərdi.

Təxminən 4 milyard il əvvəl inert maddə ən qədim ibtidai həyat formasına çevrildi və  sirli şəkildə DNT ortaya çıxdı.

"İnert maddədən həyata böyük bir sıçrayışın qeyri-mümkünlüyü heyrətamizdir və təkcə təsadüf həyatın mənşəyini izah edə bilməz", - deyə fransız riyaziyyatçıları izah edirlər.

Bolloré və Bonnasye iddia edirlər ki, həyatın başlanğıcda Tanrı tərəfindən müəyyən edilmiş təbii qanunlar və ya eyni Yaradanın xüsusi müdaxiləsi ilə yarandığı bildirilir.

Eynşteynin nisbilik nəzəriyyəsi...

Özünü "qeyri-ateist" adlandıran, eyni zamanda heç bir dini inancı olmayan Albert Eynşteyn nisbilik nəzəriyyəsini inkişaf etdirdi.

Fizika anlayışımızı dəyişdirən bu nəzəriyyə zaman, məkan, maddə və enerjinin bir-biri ilə əlaqəli olduğunu və birinin digəri olmadan mövcud ola bilməyəcəyini irəli sürür. Orada deyilir ki, işığın və ayrıca işığın sürəti kainatdakı yeganə konstanta- dəyişməyən, sabit bir kəmiyyətdir və qalan hər şey, hətta zaman da nisbidir.

Bəzi xristianlar bu nəzəriyyəni Tanrının vurarlığının sübutu kimi şərh edərək, işığı və Tanrını - hər ikisi dəyişməz olan sabitləri müqayisə ediblər. Əhəmiyyətli olan odur ki, Müqəddəs Kitabda- Bibliyada "Tanrı işıqdır" deyilir və dəfələrlə bu ifadədən istifadə olunur…

Diqqətəlayiq haldır ki, Müqəddəs Kitabda "Tanrı işıq, nurdur" deyilir və hər yerə yayılmış Tanrını təsvir etmək üçün dəfələrlə "nur" sözündən istifadə olunur, məsələn, "Mən dünyanın nuruyam" və "Rəbb- mənim nurum və xilasımdır".

Nəzəriyyəyə görə, əgər bir şey işıq sürəti ilə hərəkət etsəydi, zaman dayanardı, halbuki Tanrı əbədidir, nə başlanğıcı, nə də sonu var...

Kvant mexanikası...

20-ci əsrin bütün elmi kəşfləri arasında kvant fizikası kimi elm adamlarını heyrətləndirənlər azdır. Klassik fizika modelləri reallıq anlayışımızı çətinləşdirən kvant mexanikası dünyasını izah edə bilmir.

Bəs elm Tanrının varlığını sübut edirmi?..

Ümumilikdə, müəlliflər Tanrının varlığına dair dəlillərin "çoxsaylı, aydın və rasional" olduğunu və arqumentlərinin "zəka və diqqətli təhlilə" əsaslandığını iddia edirlər.

"Kainatdakı 'Tanrının əlamətləri' yadplanetlilərin izlərindən daha çox hiss olunur, lakin nədənsə elm adamları sonuncunu axtarmağa daha çox səy göstərirlər. Biz fövqəladə bir dövrdə yaşayırıq", - Olivier Bonnassi və Mişel  İv-Bollor kitablarında belə bir nəticəyə gəlirlər…”

Tərcümə və təqdim etdi:

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
moderator.az

2Источники