RU

Latviya Belarusla gücləndirilmiş sərhəd nəzarətini uzadır

Latviya hökuməti Belarusla gücləndirilmiş sərhəd nəzarətini daha altı ay, 2026-cı il iyunun 30-dək uzadacaq.


"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.


Bildirilib ki, Latviya Daxili İşlər Nazirliyi qeyri-qanuni immiqrasiya probleminin aktual olaraq qaldığını qeyd edib.


Agentliyin məlumatına görə, 2025-ci ildə Latviya sərhədçiləri 11 mindən çox sərhədi qanunsuz keçmə cəhdinin qarşısını ala biliblər.


2023-cü ilin avqustunda Latviya Nazirlər Kabineti Latviya-Belarus sərhədində gücləndirilmiş sərhəd nəzarətinin tətbiqi barədə qərar qəbul edib.


Baltikyanı respublikanın hakimiyyəti Belarus tərəfini “Aİ-yə miqrasiya təzyiqi yaratmaqda” ittiham edir, Minsk isə Riqanın bəyanatlarını əsassız hesab edir.

Избранный
148
5
operativmm.az

10Источники