RU

ADNSU və UFAZ tələbələri üçün “Qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri” hakatonu keçirilib

Bakı, 1 dekabr, AZƏRTAC

Noyabrın 29-30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri” hakatonu keçirilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Startup və Neft və Sənaye Universitetinin TTO” şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən hakaton ADNSU və UFAZ tələbələri üçün təşkil olunub. Yarışmada iştirak edən komandalar təcrübəli mentorların dəstəyi ilə öz layihələrini inkişaf etdirirlər. Yekunda komandalar layihələrini münsiflərə təqdim ediblər və onlar tərəfindən qiymətləndiriliblər.

Qalib komandalar müvafiq olaraq 2500 manat, 1500 manat və 1000 manat məbləğində mükafatlar qazanıblar.

 

Избранный
31
5
azertag.az

6Источники