RU

Zelenski istefa verəcək: Bəs yerinə kim gətiriləcək? KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Yeni ilə qədər istefa verəcəyi barədə yayılan iddialar beynəlxalq siyasi gündəmi yenidən hərəkətə gətirib. Rusiyalı ekspert Vladimir Petrovun irəli sürdüyü bu iddia həm Qərb, həm də regional müşahidəçilər tərəfindən müxtəlif cür qiymətləndirilir. Maraqlıdır, Zelenski Yeni ilə qədər istefa verə bilərmi?

KONKRET.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə Vladimir Petrovun Ukrayna Prezidenti Zelenskinin Yeni ilə qədər istefa verəcəyi ilə bağlı iddiasına münasibət bildirib.

“ABŞ-da keçirilən Cenevrə görüşləri çərçivəsində Ukrayna nümayəndə heyəti ilə aparılan danışıqlarda 19 bəndlik sənəd üzərində müzakirələr aparılıb və prosesə Avropa İttifaqı da qoşulub. Vaşinqton Zelenskiyə müharibənin dayandırılması və Rusiyanın irəli sürdüyü təkliflərin qəbul edilməsi istiqamətində ciddi təzyiq göstərir”.

Onun fikrincə, ABŞ administrasiyası Zelenskinin müəyyən güzəştlərə getməsində maraqlıdır. Bununla yanaşı, Aİ prezidentə güclü siyasi dəstək verir və Zelenskinin diplomatik çevikliyi prosesin gedişatına təsir göstərir.

“Zelenskinin administrasiya rəhbəri Andrey Yermakın vəzifədən uzaqlaşdırılması, korrupsiya ilə mübarizə qurumlarının fəaliyyətinin ABŞ nəzarətində olması Ukrayna liderinin komandasının neytrallaşdırılması cəhdi kimi qiymətləndirilə bilər”.

O, bildirib ki, Rusiya da, ABŞ da Zelenskini hakimiyyətdən uzaqlaşdırmağa çalışır və Petrovun iddiasının psixoloji təzyiq xarakteri daşıması mümkündür.

Əsədullazadə həmçinin Zelenskiyə qarşı istefaya məcburetmə və ya sui-qəsd ehtimalının da istisna olunmadığını vurğulayıb.

Bununla belə, politoloq Zelenskinin hazırkı siyasi şəraitdə könüllü şəkildə istefa verəcəyini real hesab etmir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
56
10
konkret.az

10Источники