Samuxda iki nəfər dəm qazından boğularaq ölüb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı Maya Musayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərləniblər.
Hər iki şəxs hadisə yerində ölüb.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma başlanılıb.