RU

İlıq su içməyinFAYDALARI

Səhər acqarına içilən bir stəkan ilıq su mədə sağlamlığına faydalı ola və immuniteti gücləndirə bilər.

Redaktor.az xəbər verir ki, bu ahqda mütəxəssislər UfaTime.ru saytına verdikləri müsahibədə danışıblar.

Mütəxəssislərin sözlərinə görə, ilıq su həzm prosesini işə salır. Bu, onun bağırsaqların fəaliyyətini yumşaq şəkildə stimullaşdırması, peristaltikanı yaxşılaşdırması və yüngül təmizlənməyə kömək etməsi sayəsində baş verir. Bundan əlavə, ilıq su mədə şirəsinin ifrazını stimullaşdıraraq mədəni səhər yeməyinə hazır vəziyyətə gətirir.

Həkimlər bildiriblər ki, ilıq suyun müntəzəm qəbulu həmçinin qan dövranını yaxşılaşdırır və maddələr mübadiləsini sürətləndirir, bu da immun sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Bundan başqa, su dərini daha hamar və nəmləndirilmiş edir, mədə narahatlığını azaldır və qastrit simptomlarını yüngülləşdirir.

Aytəkin TOFİQQIZI

Избранный
37
1
redaktor.az

2Источники