Türkiyə-Azərbaycan Universiteti (TAU) tələbələrin keyfiyyətli tədris alması ilə yanaşı, onların karyera inkişafını da hər zaman diqqət mərkəzində saxlayır.
TƏHSİL.BİZ xəbər verir ki, həm qəbul, həm də semestr imtahanlarında yüksək nəticə göstərən tələbələr Aytac Hüseynli, Tuncay Qafarlı, Həsənbəy Həmidov və Fərhad Səfərli TAU-da işə qəbul olunub.
Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr Kompüter laboratoriyasında müəllim assistenti kimi fəaliyyət göstərəcəklər. Onlar dərs zamanı öyrəndikləri bilikləri təcrübədə tətbiq edəcəklər.