RU

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Bakı, 1 dekabr, AZƏRTAC

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin qeyd hissəsinin şərh edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 23-nə təyin edilmiş iclasında baxılacaq.

Избранный
78
azertag.az

1Источники