Bakı. Trend:
Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi,müraciətlərin qəbulu və onlara baxılma qaydası təsdiq edilib.
Trend-inməlumatına görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiqqərar imzalayıb.
Sənədə əsasən, bu Qaydaya uyğun olaraq müraciət etmiş namizədlərümumi siyahıya salınır və hər bir namizədə müsabiqə və onunkeçirilməsi ilə bağlı məlumatları özündə əks etdirən “Yaddaşkitabçası” verilir.
Anonimliyin təmin edilməsi məqsədilə siyahıya salınmış hər birnamizədə rəqəmlərlə ifadə olunan şəxsi eyniləşdirmə kodu verilir.İmtahanda yalnız şəxsi eyniləşdirmə kodundan istifadə olunur.
İmtahana azı 2 gün qalmış hər bir namizədə onun fotoşəkli olanburaxılış vərəqəsi verilir. İmtahanın keçiriləcəyi barədə elandaburaxılış vərəqəsinin veriləcəyi tarixə dair məlumatgöstərilməlidir.
Buraxılış vərəqəsində namizədin şəxsi eyniləşdirmə kodu,imtahanın keçirildiyi ünvan, tarix, saat, auditoriya, auditoriyadasıra və yer nömrəsi göstərilir.
İmtahandan müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etməkistəyən şəxslərin təqdim etdiyi sənədlərin tamlığı, onlarınnamizədin ərizəsində əks olunan məlumatlara uyğunluğu müəyyənedildikdən sonra ərizələrin qeydiyyatı aparılır.
Natamam və ya bu Qaydaya uyğun olmayan sənədlər qəbul edilmir.Sənədlərdə sonradan çatışmazlıqlar aşkar edildikdə isə bu barədənamizədə sənədlərin təqdim edildiyi gündən 5 iş günü müddətindəbildirilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədləronların qəbulu üçün müəyyən edilmiş müddət çərçivəsində yenidəntəqdim oluna bilər.
Sənədlər onların qəbulu üçün müəyyən edilmiş müddətin bitməsinə5 iş günü və daha az müddət qalmış təqdim edildikdə aşkar olunmuşçatışmazlıqlar barədə namizədə məlumat verildiyi gündən 5 iş günüərzində çatışmazlıqlar aradan qaldırılmalıdır.
Sənədlərin qəbulu müddəti başa çatdıqdan sonra təqdim olunansənədlər (göstərilən müddət ərzində poçta verilmiş sənədlər istisnaolmaqla) qəbul edilmir.
Təqdim edilmiş sənədlər Müsabiqə Komissiyası tərəfindənyoxlanılır və yoxlamanın nəticəsinə uyğun olaraq namizədlərmüsahibəyə buraxılır.
Məlumat üçün bildirək ki, qərar 2025-ci il noyabrın 28-də qəbuledilib, dekabrın 1-də Hüquqi Aktların Dövlət Reyestrinə daxiledilib və qüvvəyə minib.