Paytaxtın Səbail rayonunda oğurluğa cəhd olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, səhər saat 10 radələrində naməlum şəxslər Bibiheybət qəsəbəsinin ərazisində yerləşən dövlət idarələrindən birinə məxsus elektrik kabellərini talamağa çalışıblar.
Polis əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində əməli törətməyə cəhd edən 3 yeniyetmə iş başında yaxalanıblar.
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən parkda isə lampaları sındırmaqla əmlaka qəsdən zərər vurmaqda şübhəli bilinən 16-17 yaşlarında 4 yeniyetmə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar davam etdirilir.