Dünyanın ən güclü 10 qidası açıqlanıb.
Milli.Az xəbər verir ki, "Forbes" sağlamlıq üzrə aparılan araşdırmalar əsasında mütləq istifadə edilməli olan 10 təbii qidanın siyahısını açıqlayıb.
Bu məhsulların orqanizmi gücləndirdiyi, qocalmanı ləngitdiyi və ümumi sağlamlığa müsbət təsir göstərdiyi bildirilir.
Siyahıda yer alan məhsullar:
Somon balığı
Omega 3 və B12 ilə zəngin olan somon ürək-damar sağlamlığını dəstəkləyir, maddələr mübadiləsini sürətləndirir və güclü zülal mənbəyi kimi seçilir.
Alma
Antioksidant və liflə zəngin alma hüceyrələri qoruyur, immuniteti gücləndirir, şəkər və ürək xəstəliklərinə qarşı fayda göstərir.
Brokoli
Yüksək lif tərkibi sayəsində həzmi asanlaşdırır və bağırsaq sağlamlığını yaxşılaşdırır.
Nar
Güclü antioksidant təsirə malikdir, iltihabı azaldır, ürək sağlamlığını dəstəkləyir.
Lobya
A və C vitamini, fol turşusu və kaliumla zəngin fasulye pis xolesterolu azaltmağa kömək edir.
Fındıq
Doymamış yağ turşuları, vitamin və mineralların yüksək miqdarı sayəsində beynin və ürəyin fəaliyyətini gücləndirir.
Süd
Kalsium, B2, B12 və A vitamini ilə zəngin olan süd sümük sağlamlığı üçün əsas qidalardan sayılır.
Qırmızı ət
Zülal, dəmir və B qrup vitaminləri ilə zəngindir, enerji verir və əzələ inkişafını dəstəkləyir.
Yumurta
Bütün zəruri amin turşularını ehtiva edən yumurta yüksək keyfiyyətli zülal mənbəyidir.
Qarağat
Antioksidant təsiri ilə yaddaşı gücləndirir, immuniteti artırır və ürək xəstəlikləri riskini azaldır.
İsmayıl
Milli.Az