RU

Bu ərazilərə yağış yağır - Faktiki hava

Azərbaycanda dekabrın 1-i saat 19:00-a olan hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Şahbuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtərdə arabir yağış yağır.

Yevlax, Sabirabad, Zərdab, Şərur, Sədərək, Şamaxı, Qobustan, Balakəndə duman müşahidə olunur. Dumanda görünüş 200 metrədək məhdudlaşır.

"Cebheinfo.az" 

Избранный
27
22
cebheinfo.az

10Источники