RU

Türkiyə Superliqası: "Fənərbağça" - "Qalatasaray" matçında qalib olmadı

Türkiyə Superliqasında 14-cü turun mərkəzi qarşılaşması başa çatıb.

Moderator.az xəbər verir ki, İstanbul derbisində "Fənərbağça" əzəli rəqibi "Qalatasaray"ı qəbul edib.

Matçda qalib müəyyənləşməyib. 27-ci dəqiqədə qonaqlardan Leroy Sane çərçivəni dəqiq nişan alıb.

Meydan sahibləri bu qolun əvəzini yalnız 90+5-ci dəqiqdə çıxmağı bacarıblar. Con Duranın qolu "sarı-lacivərdlər"i məğlubiyyətdən xilas edib 1:1.

Hazırda "Qalatasaray" 33 xalla turnir cədvəlinin lideridir. "Fənər" isə 32 xalla 2-ci pillədə qərarlaşıb.

Избранный
97
35
moderator.az

10Источники