RU

Polşaya daha 32 “Abrams” tankı təhvil verilib

BAKI, 2 dekabr. TELEQRAF

Polşaya ABŞ istehsalı olan M1A2 “Abrams” tanklarının növbəti partiyası çatdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi rəhbərinin müavini Pavel Beyda bildirib.

Onun sözlərinə görə, bu, artıq ən müasir “Abrams” tanklarının dördüncü mərhələdə təhvil verilməsidir.

“Hazırda Polşanın limanlarından birində 32 ədəd M1A2 tankının boşaldılması prosesi gedir”, - deyə Beyda "X" hesabında yazıb.

Qeyd edək ki, 2022-ci ildə Polşa ilə ABŞ arasında 2025-2026-cı illərdə 250 ədəd modernləşdirilmiş M1A2 Abrams tankının tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.

Избранный
52
1
teleqraf.com

3Источники