BAKI, 2 dekabr. TELEQRAF
Bu gün Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə start veriləcək.
Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Şahdağ Qusar” “Turan Tovuz”la üz-üzə gələcək.
Rəvan Həmzəzadənin idarə edəcəyi matç saat 15:00-da başlanacaq.
Günün digər oyunu isə “Zirə” və “Neftçi” arasında təşkil olunacaq.
Tural Qurbanova həvalə edilən görüşün start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları 3-4 dekabrda keçiriləcək.
Bizon Azərbaycan Kuboku
1/8 final mərhələsi
2 dekabr
15:00. “Şahdağ Qusar” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
“SOCAR Polymer Arena”
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu.