RU

Azərbaycan Kuboku: “Turan Tovuz” “Şahdağ Qusar”la, “Neftçi” “Zirə” ilə qarşılaşacaq

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə iki oyunla start veriləcək.

İdman.Biz xəbər verir ki, “Turan Tovuz” “Şahdağ Qusar”la, “Neftçi” “Zirə” ilə qarşılaşacaq.

Görüş müvafiq olaraq saat 15:00 və 19:00-da start götürəcək.

“Şahdağ Qusar” - “Turan Tovuz” cütünün qalibi növbəti raundda “Araz-Naxçıvan” - “Kəpəz” duelinin güclüsü ilə qarşılaşacaq.

“Zirə” - “Neftçi” görüşündə üstün olan tərəf isə “Difai” - “Sumqayıt” qarşılaşmasının qalibinə rəqib olacaq.

Azərbaycan Kuboku

1/8 final

2 dekabr

15:00. “Şahdağ Qusar” - “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Elman Musayev.

“SOCAR Polymer Arena”

19:00. “Zirə” - “Neftçi”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.

VAR: Rauf Cabarov.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
5
icma.az

6Источники