İsaqo Silva "Çelsi" klubu ilə professional müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
İsaqonun bu ilin noyabrında 17 yaşı tamam olub.
O, braziliyalı futbolçu Tiaqo Silvanın oğludur.
Qeyd edək ki. T. Silva özü də 2020-24-cü illər arasında "Çelsi"də çıxış edib. O, "zadəganlar"la 2021-ci ildə Çempionlar Liqasının qalibi olub.