RU

ADƏM İSMAYIL BAKUVİ: “QAZİLƏR PREZİDENTİN SƏDAQƏTLİ ORDUSUDUR – ONLAR DÖVLƏTÇİLİYİN ƏN BÖYÜK DAYAĞIDIR” -Fotolar



Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Qarabağ qaziləri və hərbi veteran təşkilatlarının rəhbərləri ilə geniş tərkibdə görüş keçirib. Səmimi və açıq müzakirə şəraitində baş tutan görüşdə dövlət–qazi münasibətlərinin möhkəmləndirilməsi, sosial müdafiə mexanizmlərinin daha da genişləndirilməsi, qazilərin ölkənin ictimai-siyasi və ideoloji həyatında rolunun artırılması kimi mühüm istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.

Adəm İsmayıl Bakuvi çıxışında bildirib ki, qazilər təkcə döyüş meydanında qəhrəmanlıq göstərən cəsur döyüşçülər deyil, müasir dövrdə dövlətçilik düşüncəsinin, xalq birliyinin və Prezident İlham Əliyevin siyasi kursunun ən etibarlı dayağıdır: “Qazilər yalnız keçmişin qəhrəmanları deyil, bu günün milli güc rəmzləridir. Onlar Ali Baş Komandanın sadiq ordusudur, onların mövqeyi xalqımızın mövqeyidir”.
Sədr qeyd edib ki, qazilərin dövlətçilik naminə sərgilədiyi möhkəm iradə və dönməz mövqe hər bir vətənpərvər üçün nümunədir. Dövlətin həyata keçirdiyi sosial proqramların, tibbi-reabilitasiya proseslərinin, məşğulluq və mənzil təminatı sahəsində aparılan islahatların davam etdirilməsi Vəhdət Partiyasının da əsas prioritetlərindəndir.

Tədbirdə "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin təmsilçisi Əhli Həbiyev, Aqil Əliyev, eləcə də ehtiyatda olan polkovnik Xətai Baxışov çıxış edərək dövlət qurumlarının onlara göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndiriblər. Qazilər bildiriblər ki, Ali Baş Komandanın əmri ilə vətənin təhlükəsizliyi üçün yenidən ayağa qalxmağa hər zaman hazırdırlar: “Hər zaman prezidentin yanındayıq. Biz prezidentin əsgərləriyik.”

Görüşdə iştirak edən qazilər qeyd ediblər ki, Prezident İlham Əliyevin onlara göstərdiyi qayğı, şəhid ailələrinə və müharibə iştirakçılarına münasibəti dövlətin gücünün, iradəsinin və milli həmrəyliyə verdiyi dəyərin ən bariz nümunəsidir. Onların sözlərinə görə, Vətənə xidmət təkcə döyüş meydanında yox, həm də düşüncə, təbliğat və ideoloji mübarizə müstəvisində davam edir və qazilər bu savaşda da öndə olmağa hazırdırlar.

Veteranlar həmçinin bugünkü siyasi və ictimai proseslərdə fəal iştirak etdiklərini, gənc nəslin vətənə bağlı, dövlətinə sədaqətli yetişməsində üzərlərinə düşən missiyanı davam etdirdiklərini vurğulayıblar. Onlar bildiriblər ki, ölkədə formalaşan sağlam ictimai-siyasi mühit qazilərin fəallığı üçün geniş imkanlar yaradır.

Görüş zamanı qazilər müəyyən sosial problemlərin də mövcud olduğunu diqqətə çatdırıblar. Onlar bu məsələlərin aidiyyəti dövlət qurumlarına çatdırılması istiqamətində Vəhdət Partiyasının dəstəyini yüksək qiymətləndiriblər və belə dəstəyin həm cəmiyyət, həm də dövlət naminə dəyərli xidmət olduğunu bildiriblər.
Səmimi fikir mübadiləsi şəraitindən keçən tədbirin yekununda belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulanıb. Görüş iştirakçıları qazilərin və veteranların dövlətin ideoloji və mənəvi sütunu kimi rolunun daha da gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyini qeyd ediblər.

aia.az



Избранный
40
12
aia.az

10Источники