Türkiyənin “Fergani Space Technologies” şirkəti tərəfindən hazırlanan “FGN-TUG-S01” peyki rəsmi olaraq orbitdəki missiyasına başlayıb.
Paralel.az xəbər verir ki , bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Belə ki, “FGN-TUG-S01” peyki 28 noyabr 2025-ci il tarixində Kaliforniyadakı Vandenberg Kosmik Hərbi Bazasından SpaceX şirkətinin “Falcon 9 Transporter-15” daşıyıcı raketi vasitəsilə buraxılıb.
Təxminən startdan 81 dəqiqə sonra peyk raketdən ayrılıb və ilk telemetriya məlumatlarını göndərərək uğurlu startı təsdiqləyib.
Xatırladaq ki, “Fergani Space Technologies” şirkəti Selçuk Bayraktar tərəfindən qurulub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта