RU

Kiberpolis "Zuerx" piramidasını ifşa etdi: 3 nəfər saxlanıldı

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi(KMBİ) onlayn dələduzluq piramidası olan “Zuerx” platformasınaqarşı əməliyyat keçirib.

Din-dən Trend-ə verilənməlumata görə, kiberpolisin həyata keçirdiyi əməliyyat-texnikitədbirlərlə qeyd edilən piramidanı idarə edən şəxslər 32 yaşlı ƏliQarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyənedilərək saxlanılıblar.

Araşdırmalarla məlub olub ki, onlar “Whatsapp” və digər animesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400nəfərdən artıq şəxsə “Zuerx” piramidasına kriptovalyuta formasındayatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dairyalan vədlər veriblər. Saxlanılan şəxslər insanlarda inam yaratmaqvə platformaya yeni üzvlər cəlb etmək məqsədilə zərərçəkənlərinhesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolikməbləğlərdə ödənişlər də köçürüblər.

Şirnikləndirici təkliflərə aldanan şəxslər isə daha çox gəlirəldə etmək niyyətilə həmin dələduzluq piramidasına böyükməbləğlərdə pul vəsaiti göndəriblər. Sonda isə zərərçəkənlərinkülli miqdarda pulunu ələ keçirən dəstə üzvləri “Zuerx”piramidasının fəaliyyətini dayandırıblar.

Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

Sonda bir daha vətəndaşlara onlayn platformalarda qarşılaşabiləcəkləri və heç bir iqtisadi əsaslara söykənməyən piramidadələduzluq sxemlərinə, həmçinin kriptoyatırım adı altında yüksəkfaizli gəlir təklif edən tətbiqlərə inanmamağı tövsiyyə edirik.

Избранный
9
48
az.trend.az

10Источники