RU

Metroda sərnişin öldü

Metroda sərnişin öldü

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Hadisə dekabrın 1-i saat 07 radələrində metronun “Əhmədli” stansiyasında qeydə alınıb. Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Elçin Babəli oğlu Babayevin halı stansiyada qəfil pisləşib. Təcili tibbi yardım briqadası gələnədək o vəfat edib.

59 yaşlı şəxsin infarktdan öldüyü bildirilib. Araşdırmalar aparılır.

Избранный
51
6
afn.az

4Источники