RU

Deputat: Yeni büdcə ölkənin prioritet inkişaf istiqamətlərini əhatə edir

ain.az, Bakivaxti saytına istinadən bildirir.

“2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində ölkənin sosial-iqtisadi inkişaf, müdafiə-təhlükəsizlik və xarici siyasət strategiyasından irəli gələn hədəflər düzgün müəyyənləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Zaur Şükürov parlamentin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

O bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti bu hədəflərə nail olmağa imkan verəcək.

Deputat vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası, hərbi potensialın gücləndirilməsi və sosial istiqamətlərin prioritet saxlanılması fonunda müasir çağırışlara cavab verən büdcə layihəsinin hazırlanması xüsusi önəm daşıyır.

Millət vəkili həmçinin parlament komitələrində səslənən təkliflərin layihədə nəzərə alınmasının vacibliyini qeyd edib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
1
bakivaxti.az

2Источники