RU

Bakıda “Siqaretimi kim çəkib?” mübahisəsində üç nəfər BIÇAQLANDI

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakının Nərimanov rayonunda 25 yaşlı Elcan Qulamov (soyad şərtidir) üç tanışını bıçaqlayıb.Bizim.Media Teleqraf.az-a istinadən xəbər verir ki, tərəflərin mübahisəsi siqaret üstündə olub.Belə ki, dostlar restoranların birində ad günü məclisinə toplaşıb. Məclisin sonuna yaxın

dostlardan birinin siqaretinin yoxa çıxdığı bəlli olub.Bu zaman siqareti yoxa çıxan şəxs məclis iştirakçılarından “Mənim siqaretimi kim çəkib?” deyə soruşub. Cavab ala bilməyən Sübhan Məmmədov (soyad şərtidir) ümumi olaraq siqaterini götürən şəxs barədə söyüş söyüb.Bundan sonra Elcanla Sübhan arasında siqaretə görə mübahisə yaranıb. Restoranın çölündə davam edən mübahisənin nəticəsində Elcan Sübhana və mübahisəyə qarışan Fəridlə Rəşada bıçaqla xəsarət yetirib.Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işin yekununda Elcan Qulamov 9 il müddətinə azadlıqdan məhrum edilib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
5
bizim.media

6Источники