RU

Şadlıq sarayının qarşısında kişi həmcinsinə xəsarət yetirdi

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Nizami rayonunda şadlıq sarayının qarşısında 48 yaşlı kişi həmcinsinə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə “Elux” adlı restoranın qarşısında baş verib. Ağdam rayon sakini, 1977-ci il təvəllüdlü Camal Raufun ona baxmasını bəhanə edib və heç bir əsaslı səbəb olmadan ictimai yer olan restoranın qarşısında digər vətəndaşların yanında ona qarşı cinayət törədib. Camal bir dəfə yumruqla zərərçəkmiş şəxsin sifət nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Camalın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü saat təxminən 18 radələrində tanışının toy məclisi ilə əlaqədar “Elux” şadlıq sarayına gəlib: “Orada yeyib içdikdən sonra saat təxminən 23 radələrində çöldə olan zaman zərərçəkmiş Raufun mənə baxdığını gördüm. Nə səbəbdən baxmasını soruşduqda o baxmadığını bildirdi. Sərxoş vəziyyətdə olduğum üçün yenidən ona yüksək səslə qışqıraraq nə səbəbdən baxmasını soruşdum. Rauf yenidən baxmadığını bildirdikdə onun üzərinə gedərək bir dəfə yumruqla sifət nahiyəsinə vurdum. Raufu vurduqdan sonra kənarda olan tanımadığım şəxslər gələrək bizi ayırdı”. Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Camal 1200 manat miqdarında cərimə olunub. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
demokrat.az

1Источники