RU

Rusiya sülh danışıqlarına hazırdır, amma... - Peskov

Rusiya sülh danışıqlarına hazırdır. Bununla belə, xüsusi əməliyyatın əvvəlində qarşıya qoyulan məqsədlərə nail olunmalı, münaqişənin kökündə duran səbəblər aradan qaldırılmalıdır.

XəzərNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Sülh danışıqları yolu ilə biz məqsədlərimizə nail olmalıyıq və başladığımız hərbi əməliyyatın əsas səbəblərini aradan qaldırmalıyıq”, - deyə Peskov bildirib. O, Rusiyanın sülh danışıqlarına açıq olduğunu vurğulayıb. Moskva ABŞ-ın Ukrayna böhranının diplomatiya yolu ilə həllinə yönəlmiş sülh səylərini də yüksək qiymətləndirir.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl sülh danışıqlarına hazır olduğunu bildirərək vurğulamışdı ki , münaqişənin həlli yalnız təklif olunan planların bütün detallarının müzakirəsi ilə mümkündür. Rusiya lideri həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli planına düzəlişlər edilib və hazırda 28 bənddən ibarətdir. Ancaq Cenevrədəki danışıqlardan sonra plan geri çəkilib.



Xəbər 4 dəfə oxunub.
Избранный
75
48
xezernews.az

10Источники