RU

Xamineyinin müşavirinin oğlu mollaları yenə tənqid etdi: “Boylarından hündürə tullanırlar”

ain.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar xeyli fəal olan, davamlı olaraq Qərb mediasına açıqlama verən Həmzə Rəhim Səfəvi İran rejimini növbəti dəfə tənqid edib.

Tribunainfo.az xəbər verir ki, İranın dini lideri Əli Xamineyinin müşaviri Yəhya Rəhim Səfəvinin oğlu bu dəfə mollaları boylarından yuxarı tullandıqlarını bildirib.

O qeyd edib ki, İran boyundan yuxarı tullanmaqla yanaşı, həm də gücü çatmayan işlər görməyə də çalışır. “İran bəzin elə qışqırır ki, bu onun gücündən 10 dəfə çox olur. Biz çox danışırıq, çox təhdid edirik. Lakin gücümüz buna adekvat deyil”.

Həmzə Səfəvi onu da deyib ki, İran daxildə uğur qazana bilməsə və uğurlu idarəçiliyə malik olmasa, milyardlarla dollar xərcləsə belə, inqilabı ixrac edə bilməz.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
tribunainfo.az

2Источники