RU

Seul Pxenyana yaxınlaşmaq üçün yollar axtarır

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Cənubi Koreya Prezidenti Li Çje Myon Koreya yarımadasında birləşmənin vacibliyini vurğulayaraq, Şimali Koreya ilə əlaqə kanallarının yenidən qurulması mesajını verib.

"Cebheinfo.az" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Prezident Li Çje Myon Şimali Koreya ilə münasibətlərə dair açıqlamalar verib.

O bildirib ki, koreyaların birləşməsi “nə qədər uzun sürsə də”, izlənilməli olan bir yoldur və bu çərçivədə Pxenyanla əlaqə kanallarının yenidən qurulmasına ehtiyac var.

Prezident bu addımın Seul və Pxenyan arasında “sülh içində birgə yaşamağın” başlanğıc nöqtəsi ola biləcəyini qeyd edərək deyib:

“Bizə verilmiş tarixi vəzifə iki Koreya arasında düşmənçiliyə və qarşıdurmaya son qoymaq, sülhə əsaslanan münasibətlər qurmaqdır”.

Prezident Li Çje Myon, Şimali Koreya ilə münasibətləri normallaşdırmağa yönəlik mesajlar verməyə davam edir.

Qeyd edək ki, Li Çje Myon hakimiyyətə gəldikdən sonra Seul hökuməti sərhəd bölgəsindəki təbliğat səsləndirən səsucaldıcıları dayandırmış, qısa müddət sonra Şimali Koreya da eyni addımı atmışdı.

Bununla belə, Cənubi Koreya avqust ayının əvvəlində sərhəd boyunca yerləşdirilmiş təbliğat səsucaldıcılarını tamamilə söksə də, Şimali Koreya bu addımı izləməyib.

Pxenyan rəhbərliyi səsucaldıcıları sökmək niyyətində olmadığını bildirərək, Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmaq məsələsində mənfi mövqe sərgiləyir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
69
1
cebheinfo.az

2Источники