RU

İngiltərə millisinin sabiq üzvü həbs edildi

style='margin-bottom:10px;'>

Esseks polisi İngiltərə millisinin adı açıqlanmayan sabiq futbolçusunu saxlayıb.

QOL.az xəbər verir ki, bu haqda "The Telegraph" məlumat yayıb. 

Polis həmin oyunçu haqda mümkün təcavüzə cəhd iddiasını araşdırır. Şikayət bir neçə həftə əvvəl onun keçmiş sevgilisi tərəfindən verilib.

Hüquq-mühafizə orqanları sabiq  futbolçunu bazar günü ölkəyə qayıtdıqdan sonra Stansted hava limanında saxlayıb. O, polis şöbəsinə aparılıb, bir neçə saat ərzində dindirilərək DNT nümunələri və barmaq izləri götürülüb.

Bildirilib ki, hüquqi səbəblərə görə şübhəlinin adı açıqlanmır.

Избранный
17
1
teleqraf.com

2Источники